Ru
13:28 / 10 Fevral 2026

Bu yerlərdə tütün məmulatlarının nümayişi qadağan edilir

Bu yerlərdə tütün məmulatlarının nümayişi qadağan edilir
Eye

Uşaqlar üçün keçirilən tədbirlərdə tütün məmulatlarının nümayişi qadağan edilir.


Bakupost.az xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

Layihəyə əsasən, uşaqlar üçün keçirilən tədbirlərdə tütün məmulatlarının və tütün istifadəsi prosesinin nümayiş etdirilməsi, həmçinin tütün məmulatlarının və tütün istifadəsi prosesinin nümayiş etdirildiyi əsərlərin, tamaşaların, proqramların efirdə, kabel yayımı vasitəsi ilə açıq yayımlanması qadağan edilir.

Layihə səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul edilib.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar