Ru
09:38 / 25 Sentyabr 2025

Sumqayıt-Novxanı yolunda qəza - Piyada öldü

Sumqayıt-Novxanı yolunda qəza - Piyada öldü
Eye

Dünən gecə Sumqayıt-Novxanı yolunda ağır yol qəzası baş verib.

Bakupost.az Report-a istinadla xəbər verir ki, hadisə saat 01:30 radələrində Saray qəsəbəsi ərazisində qeydə alınıb.

Belə ki, Heybət Talıb oğlu Əliyev “Volkswagen” markalı avtomobillə yolu keçmək istəyən 1968-ci il təvəllüdlü Rəşid Zeydulla oğlu Fərzullayevi vurub.

Piyada hadisə yerində ölüb.

Faktla bağlı Abşeron RPİ-də cinayət işi başlanaraq ibtidai istintaq aparılır.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar