Süni intellekt, düşünürəm ki, bu gün hamımızın dostu olmalıdır. Onu təhdid kimi qəbul etdikdə mənfi təsirini göstərməyə davam edəcək. Dost kimi qəbul etdikdə isə daha çox rahatlıq yaradan imkanımıza çevriləcək. Bir çox yaradıcı sahələrdə sənət adamlarının yaradıcılığına rəng qatsa da, dublaj sahəsi ilə bağlı bunu demək çətindir. Bu, dublaj sahəsində ciddi bir təhdid yaradacaq.
Bakupost.az xəbər verir ki, bunu mədəniyyət naziri Adil Kərimli Real TV-nin "Mir Şahinin vaxtı" verilişinə müsahibəsində deyib.
O, süni intellektin imkanlarının çox genişləndiyini diqqətə çatdırıb:
"Onun dublajçıların işini asanlaşdırdığını demək çətindir. Ona görə də düşünürük ki, dublaj aktyorları üçün dostdan daha çox fərqli bir təsir yaradan, onu düşmən kimi görən alətə çevrilir. Amma bu alət - süni intellekt Azərbaycan mədəniyyətinin təbliğatında təsir gücünü artıracaq addımdır. Ondan səmərəli istifadə edilməlidir. Süni intellektdə ürək, hissiyyat olmadığı təqdirdə təhlükəli deyil və yaradıcı insanı tamamilə əvəz edə bilməyəcək. Təbii ki, 30-50 il sonra süni intellektin hansı duyğulara, hisslərə, parametrlərə sahib olması haqda söz söyləmək indi bir qədər çətin olar. Çünki bu proses çox sürətlə inkişaf etməkdədir. Amma rahatlıqla deyə bilərik ki, yaxın gələcəkdə bu heç bir təhdid yaratmır və nə bəstəkarımızı, nə rəssamımızı, nə də digər incəsənətə bağlı olan yaradıcı sahələri tamamilə əvəz edə biləcək".
Asena,
BakuPost
Bu insanı cənab prezident İlham Əliyev Mədəniyyət Nazirliyinə nazir təyin edəndə demiş ki ged mədəniyyət işçiləri ilə sıx təmasda ol, onlarla işlə. Amma bu nə etdi gələndən bir müddət sonra Əliliyi olan insanları, şəhid ailələrini və müharibə qazilərini qanunsuz olaraq işdən azad etdi. Mən 1. Ci qrup Əliləm. İşimdə oturaq işi idi. 3-5 manat aylıq məvacibimə göz dikən Adil Kərimli, Dağlıq Şirvan Mədəniyyət idaresinin Sabiq rəsi Vasif Qurbanzadəyə tapşırıqlar verərək heç bir rəsmi xəbərdarlıq etmədən məni işdən azad etdi. Allah güclüdür. Verəcək cəzanızı. Menim nə çəkdiyimin Allah sənə milyon qatını çəkdirsin İnşəAllah ????????. Mənim Atam Qarabağ Münaqişəsində can qoyub evə yarım can gələndə sənin bu günün üçün rahat nazir olasan deyə canından keçən bir insan olub.
Çox hörmətli Cənab Nazir! Niyə belə düşündüyünüzü bilmirəm. Bəlkə də insanlsrı süni intellektlə əvəz edib pula qənaət etmək istəyirsiniz. Amma sizə bircə onu deyə bilərəm ki, süni gül güllə təbii gülün fərüini necə bilmək olursa, insan səsi ilə robortun səsi bir o qədər fərqlidir. Axı insanın hissini, həyacanını, duyğularını süni intellekt edə bilməz. Yaradanın əl işi ilə bizimki bir deyil, ola da bilməz heç vaxt. Necə fikirləşib bu sözü işlədirsiniz, doğrusu çox təccübləndirdiniz məni. Necə belə düşünmək olar? Əgər bu boyda fərqi bilmirsinizsə daha sizə heç bir sözüm yoxdu. Mədəniyyətimizin qəzası mübarək olsun.
Bəzən faydalı olur, bəzən də əksinə
Cox sərfəlidir daima kömək edir hər sahədə Bacarığın varsa öyrən istifadə et
Искусственное никогда не заменит Живое!!! Никогда! Искусственное -это творение Человека! А Живое-это творение Бога!!!
Artıq bəstəkarları əvəz etməyə başlayıb,özu də pis musiqi bəstələmirlər,bu isə artıq problemlərin başlanğıcidır..onlara hissiyyat və duyğu da verilsə bu qlobal bir bəlaya çevriləcək və insanlarla müharibə olacaq,çünki onlar insanları qula çevirmək istəyəcəklər və yer üzundə insanliğın məhv edilməsi planının sübutu olacaq
İnternetdə yazılan sözləri deyir başqa heçnə bilmir nə süni intellekt))