Ru
21:15 / 16 May 2026

Aİ Hörmüzlə bağlı SEPAH-la danışıqlara başladı

Aİ Hörmüzlə bağlı SEPAH-la danışıqlara başladı
Eye

Avropa ölkələrinin nümayəndələri gəmilərin Hörmüz boğazından təhlükəsiz keçidinin təmin olunması məsələsi ilə bağlı İranın hərbi-dəniz qüvvələri, xüsusilə də İslam İnqilabı Keşikçiləri Korpusu ilə (SEPAH) danışıqlara başlayıblar.


Bakupost.Az xəbər verir ki, bu barədə İranın dövlət teleradio şirkəti məlumat yayıb.

"Bu gün Şərqi Asiya ölkələrinin, xüsusilə Çin, Yaponiya və Pakistanın gəmilərinin keçidindən sonra avropalıların da SEPAH-ın Hərbi-Dəniz Qüvvələri ilə danışıqlara başladığı barədə məlumat yayılıb", - deyə efirdə bildirilib.

Xatırladaq ki, ABŞ və İsrailin addımlarından sonra İran ətrafında vəziyyət kəskinləşib. Nəticədə dünya neft və mayeləşdirilmiş təbii qaz ticarəti üçün strateji əhəmiyyət daşıyan Hörmüz boğazı faktiki olaraq bloklanmış vəziyyətə düşüb.

Məlumata görə, bu vəziyyət Qərb iqtisadiyyatlarına ciddi zərər vurur.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar