Ru
09:43 / 23 Dekabr 2021

Taleh Yüzbəyovun “Zəhər tuluğu” hər kəsi ağlatdı - FOTO - VİDEO

40387

Dünən Taleh Yüzbəyovun "Zəhər tuluğu" filminin qala-gecəsi keçirilib.


Bakupost.az xəbər verir ki, Heydər Əliyev Sarayında baş tutan gecədə filmin yaradıcı heyəti, bir çox məşhur simalar, bloqerlər iştirak ediblər.

Qonaqları salamlayan filmin baş rol ifaçısı, quruluşçu rejissoru Taleh Yüzbəyov qeyd edib ki, bu günü çoxdan gözləyirdi:

“Salondakı bu görüntünü ömrümün sonunadək yadda saxlayacağam. Həyatımda yeni mərhələ başlayır. Qayğıkeş övlad, diqqətli ər deyiləm, çünki bu işi sevirəm və ömrümün qalan hissəsini də bu işə həsr edəcəyəm. Bir arzum var, ona doğru gedirəm”.

Ekran işinin baş prodüseri, həm də quruluşçu rejissoru Orxan Mərdan isə çəkilişlərin iki-üç il əvvəl başladığını, lakin təqdimatın pandemiya səbəbindən gecikdiyini bildirib.



Ssenari müəllifləri Orxan Mərdan, Taleh Yüzbəyov, Pərviz Həsənov və Cəlil Cavanşirin olduğu “Zəhər tuluğu”nda Ləman Mərrih, Nəzakət Heydərova, Əlixan Rəcəbov, Cavidan Novruz, Şaban İmkani, Kəmalə Onur, Zülfiyyə Qurbanova, Xalq artisti Səidə Quliyeva, Tural Əhməd, Əməkdar artist Rasim Cəfər, Oktay Mehdiyev, Əməkdar artist Hüsniyyə Mürvətova, Könül Cəfərzadə, Emil Musayev, Nəsibə Eldarova da rol alıb.

Filmi izləyən tamaşaçılar göz yaşlarına hakim ola bilməyiblər.


Qeyd edək ki, “Zəhər tuluğu” filmi bu gündən eyni vaxtda bütün kinoteatrlarda nümayiş olunacaq.



Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər