Ru
15:35 / 03 İyun 2025

"Tamstore"da ABB-nin pos-terminalı ilə ödənişlər qəbul olunmur? - AÇIQLAMA

"Tamstore"da ABB-nin pos-terminalı ilə ödənişlər qəbul olunmur? - AÇIQLAMA
Eye

"Tamstore" mağazalar şəbəkəsində ABB-nin pos-terminalı ilə ödənişlərin qəbul olunmadığı iddia edilir.

Bakupost.az xəbər verir ki, bu barədə şikayətçi Orxan Həsənov sosial şəbəkədə paylaşım edib.

O bildirib ki, mağazada hər dəfə alış-veriş zamanı ABB kartı ilə ödəniş etmək istədikdə, pos-terminalın işləmədiyi deyilir və əvəzində digər bankın terminalı təqdim olunur.

O.Həsənovun sözlərinə görə, sonuncu dəfə buna etiraz etdikdə mağaza əməkdaşları ona "ABB deyir ki, bu vəziyyət bizə sərf etmir. Ona görə də ödənişlərin qəbul edilməməsi ilə bağlı göstəriş veriblər" deyə bildiriblər.

Məsələ ilə bağlı “Tamstore” mağazalar şəbəkəsi ilə əlaqə saxladıq. Mağazanın marketinq şöbəsinin meneceri Ülkər Xalıqova Bakupost.az -a açıqlamasında iddiaların əsassız olduğunu bildirdi.

Onun sözlərinə görə, hazırda kassalara qoşulmuş əsas pos-terminal ABB-yə məxsusdur və bütün ödənişlər bu terminal vasitəsilə həyata keçirilir:

“Hazırda kassaya qoşulu olan ana terminal ABB-nin terminalıdır. Avtomatik ödəniş ABB terminalına gedir və onun vasitəsilə həyata keçirilir. Hansı hallarda ödənişdə gecikmə ola bilər? Əgər filialda həmin anda internet şəbəkəsi yoxdursa, belə hallar yaşana bilər. Qalan bütün hallarda sistem işlək vəziyyətdədir və siz filiallarımızdan hər hansı birinə yaxınlaşsanız, görəcəksiniz ki, ödənişin avtomatik yönləndirildiyi terminal ABB-dir. “ABB ilə ödəniş etmirik” və ya “ABB ilə ödəniş etmək olmaz” kimi məsələlər yoxdur. ABB niyə desin ki, onun terminalı ilə ödəniş etmək mümkün deyil? Yəni müştəri başqa bir bankla da ödəniş etsə, ABB ilə də ödəniş etsə, fərq etmir. Müştəriyə əlavə faiz hesablanmır. Bankın heç bir marağı ola bilməz ki, desin, “mənim terminalıma ödəməyin”. Müştərinin də hansı bankla ödəniş etməsinin əslində ona heç bir fərqi olmamalıdır.”

Lalə Novruz,
BakuPost

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar