Moskvada qadın tanışlıq təklifini rədd etdikdən sonra zorakılığa məruz qaldığını bildirib.
Bakupost.az xəbər verir ki, bu barədə “Osterojna Novosti” Teleqram kanalı məlumat yayıb.
Nərgiz adlı qadının sözlərinə görə, dünən “Kiyevskaya” ticarət mərkəzinin yaxınlığında ona tanımadığı bir kişi yaxınlaşaraq tanış olmaq istəyib. O isə telefon nömrəsini verməkdən imtina edib.
Onun bildirdiyinə görə, arxasını çevirən anda həmin kişi onu bel nahiyəsindən ayaqla vurub:
“O məni sadəcə təpiklə deyil, vertikal vurdu” – deyə Nərgiz qeyd edib.
Hadisədən sonra qadın telefonunu çıxarıb çəkilişə başlayıb və həmin şəxs qaçmağa başlayıb. Zərərçəkmiş onun ardınca düşərəkətrafdakılardan kömək istəyib, lakin kişini saxlamağa yalnız bir qadın cəhd göstərib.Sonda o, qaçaraq uzaqlaşıb.
Nərgiz hadisənin baş verdiyi ticarət mərkəzinə müraciət edərək müşahidə kameralarının görüntülərini istəyib, lakin ona polisə müraciət etməsi tövsiyə olunub. Qadın polisə ərizə ilə müraciət edib.
Onun sözlərinə görə, polis əməkdaşları bildiriblər ki, hazırda Moskvada bu cür hadisələrin sayı artıb, hətta bıçaqla hədələmə halları da olur.
Lalə, BakuPost
Problem Konstitusion andlı, xüsusilə Güc dövləti liderlərinin sərhədləri aşan cinayətləri yer üzünün daha sıx yerlərində AnarXizmlə əvəzlənməkdədir? Tutaq ki, D.Tramp və Kiyev Kremlin istədiyi bütün əraziləri RFna verdi və ya təslim etdi! Axı, heç iki dövlət mərkəzi birlikdə belə bütöv də olsa ərazini hərbi xərcsiz də İqtisadi idarə iqtidarında görünmürlər? Kiyev və Moskvanın qızğın müharibə dövründə ABŞla Nadir metal mədənləri müqaviləsi hər iki dövlətin çıxış yolunu üçüncü bir tərəfə satılmaq-günahını nicatını təsdiqləmirmi? Əski SSRİdən 33 il ötsə də SSRİ və ya SB dövlətlərinin hansınınsa tam müstəqil-iqtisadi belə yaşam zəmanəti müşahidə olunmur? Nisbətən kiçik Pribaltika respublikalarına Aİ və NATOnun dəstəyi hiss olunur!