Ru
20:45 / 02 Aprel 2024

Tatarıstana PUA hücumu Qazaxıstandan edilib? - Astanadan iddialara cavab

4056
Tatarıstanın Yelabuqa və Nijnekamsk şəhərlərinə hücum edən pilotsuz təyyarələr Mərkəzi Asiya respublikalarından birinin ərazisindən buraxıla bilərdi.

Bakupost.az xəbər verir ki, bunu Rusiya Dövlət Dumasının Müdafiə Komitəsinin üzvü, general-leytenant Andrey Qurulev bildirib.

Onun sözlərinə görə, mütəxəssislər dronların uçuş trayektoriyasını izləməklə bunu öyrənməlidirlər.

“Onların Ukrayna ərazisindən buraxılması faktı yoxdur. Bizim Orta Asiya respublikaları da var ki, bu, tamamilə mümkündür”.

O əlavə edib ki, Tatarıstana ən yaxın olan Mərkəzi Asiya Respublikası Qazaxıstandır.

Qazaxıstan Müdafiə Nazirliyi öz növbəsində Tatarıstanda obyektlərə hücum edən dronların guya Qazaxıstandan buraxıldığı barədə iddiaları təkzib edib.

Xatırladaq ki, Tatarıstanın Yelabuqa rayonundakı zavodlardan birinin ərazisinə 3 ədəd pilotsuz uçuş aparatı (PUA) ilə hücum edilib. olub. Hücumu nəticəsində 10-dan çox şəxs yaralanıb. Belə ki, nəticədə zavod ərazisindəki iki yataqxananın qapı və pəncərələri sındırılıb. Müəssisəyə ciddi ziyan dəyib.

Qeyd edək ki, həmin zavodda “Şahid” PUA-larının yığıldığı bildirilir.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər