Ru
15:14 / 27 Yanvar 2023

Təbrizin “Traxtur” klubu səfirliyə hücumu “terror” adlandırdı

Təbrizin “Traxtur” klubu səfirliyə hücumu “terror” adlandırdı
Eye

Təbrizin “Traxtur” futbol klubu Azərbaycan səfirliyinə silahlı hücumla bağlı paylaşım edib.

Bakupost.az bildirir ki, bu barədə Gunaz.tv xəbər yayıb.

“Qardaş acısını sadəcə qardaş çəkər. Tehranda Azərbaycan səfirliyinə olan terror hücumunu şiddətlə qınayırıq. Terrora son!”,- deyə, Azərbaycan klubu özünün tvitter hesabında etdiyi paylaşımda bildirib.Xatırladaq ki, yanvarın 27-də Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycan Respublikasının İran İslam Respublikasındakı səfirliyinə silahlı hücum olub.

Məlumata görə, hücum edən şəxs “Kalaşnikov” markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisini qətlə yetirib. Səfirliyin iki nəfər mühafizə əməkdaşı da hücumun qarşısını alarkən yaralanıblar.

Yaralıların vəziyyəti qənaətbəxşdir.

Azərbaycan səfirliyinə hücum edən şəxs saxlanılıb.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar