İsrail müdafiə naziri Tehrana hücum əmri verib.
Bakupost.az "MOUZE" teleqram kanalına istinadən xəbər verir ki, İsrailin müdafiə naziri İsrael Kats atəşkəs rejiminin pozulması və İranın ölkənin şimalını atəşə tutmasını şərh edib.
"İranın ABŞ Prezidentinin elan etdiyi atəşkəs rejimini kobud şəkildə pozması və İsrailə doğru raketlər atması fonunda, həmçinin istənilən pozuntuya qətiyyətlə cavab vermək niyyətində olan İsrail hökumətinin siyasətinə uyğun olaraq mən İsrail Müdafiə Qüvvələrinə baş nazirlə koordinasiyalı şəkildə Tehrana qarşı intensiv hücum əməliyyatlarını davam etdirməyi tapşırdım...", - Katsın bəyanatında deyilir.
Qeyd edək ki, ötən gecə tərəflər arasında atəşkəsə nail olunmuşdu. İsrail tərəfi isə iddia edir ki, İran ilk dəqiqələrdən atəşkəsi pozub.