İranın paytaxtı Tehranda İsrailin "Mossad" kəşfiyyat xidmətinin daha bir agenti saxlanılıb.
Bakupost.az xəbər verir ki, bu barədə İran mətbuatı məlumat yayıb.
Məlumata görə, agentdən pikap müsadirə edilib ki, bu pikapda o, əhəmiyyətli sayda kiçik dron-kamikadzelər daşıyıb.
Xatırladaq ki, daha əvvəl da İranın xüsusi xidmət orqanları Tehran-Qum şosesində partlayıcı maddələr daşıyan pikap tipli avtomobildə "Mossad" agentinin ələ keçdiyini bildirmiş və saxlanılması görüntülərini yaymışdı.