Ru
10:18 / 19 İyun 2025

Meyiti tapılan şagird Elgünün məktəb yoldaşı olub

Meyiti tapılan şagird Elgünün məktəb yoldaşı olub
Eye

Xəbər verdiyimiz kimi, dünən Gəncə şəhəri “Mahsara bağları” adlanan ərazidəki avtomobil təmiri sexində 15 yaşlı oğlanın meyiti tapılıb.

Bakupost.az xəbər verir ki, dünyasını dəyişən Ümid Niftəliyev Gəncə şəhər S.Vəliyev adına 34 nömrəli tam orta məktəbin 9-cu sinif şagirdi imiş.

Onun təmir sexində qardaşının yanında usta köməkçisi kimi işlədiyi və orada müəmmalı şəraitdə öldüyü bildirilib.

Hadisə ilə bağlı şəhər prokurorluğu tərəfindən araşdırma aparılır.

Qeyd edək ki, ötən ay Gəncədə istifadəsiz qalmış binadan yıxılaraq ölən 18 yaşlı Elgün İbrahimov da sözügedən məktəbdə təhsil alırdı.





Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar