Rusiya Federasiyası ABŞ-ı İran və İsrail arasındakı münaqişəyə hərbi müdaxilədən çəkinməyə çağırıb.
Bakupost.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumu çərçivəsində keçirilən brifinqdə çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, ABŞ-ın belə bir addımı gözlənilməz mənfi nəticələrlə son dərəcə təhlükəli ola bilər.
Diplomat qeyd edib ki, Moskva İran və İsrail arasında baş verənlərlə bağlı vəziyyətdə mövcud problemlərin qarşılıqlı məqbul danışıqlar vasitəsilə həllindən başqa alternativin olmadığını anlamağın üstünlük təşkil edəcəyinə ümid edir.
Qeyd edək ki, iyunun 18-də ABŞ Prezidenti Donald Tramp bəyan edib ki, əgər Tehran onun “son ultimatumunu” qəbul etməzsə, ABŞ İranın nüvə obyektlərinə zərbələr endirə bilər. Onun sözlərinə görə, İranın hava məkanı ABŞ-ın nəzarətindədir və ölkə hava hücumundan müdafiə sistemlərindən məhrumdur.
Amerikalı lider həmçinin bildirib ki, onun İrana qarşı səbri çoxdan tükənib, ona görə də “biz nə edəcəyimizi bilirik və bununla məşğuluq”. O, bir daha xatırladıb ki, İran rəhbərliyinə nüvə proqramı ilə bağlı ziddiyyətləri aradan qaldırmaq üçün aə60 gün vaxt verilmişdi, lakin “onlar səhvə yol verdilər”.
Tramp hələ heç nəyin bitmədiyini əlavə edərək, çoxlu pis şeylərin ola biləcəyini qeyd edib.
Lalə,
BakuPost