Ru
16:11 / 19 İyul 2025

Tətil yoxsulluğu artır - Avropada 42 milyon işçinin gücü çatmır

Tətil yoxsulluğu artır - Avropada 42 milyon işçinin gücü çatmır
Eye

Aİ-də işləyənlərin 15%-i (təxminən 42 milyon nəfər) evdən kənarda birhəftəlik tətilə gücü çatmır.

Bakupost.az xəbər verir ki, Avropa Həmkarlar İttifaqları Konfederasiyasının (ETUC) “Eurostat” məlumatında bildirilib.

Məlumata görə, 2023-cü ildə Aİ-də çalışan hər 7 nəfərdən biri tətilə çıxmaq imkanı əldə edə bilməyib. Bu rəqəm 2022-ci ildə 40,5 milyon nəfər olduğu halda, ötən il 41,5 milyona çatıb.

Avropanın “Böyük Dördlük” ölkələri olan Almaniya, Fransa, İtaliya və İspaniyada hər birində 5 milyondan çox işçi birhəftəlik tətilə belə gedə bilməyib.

ETUC-un baş katibi Ester Linç bildirib ki, tətil imkanı fiziki və psixi sağlamlıq üçün vacibdir və bu, Avropa sosial müqaviləsinin əsas hissəsidir.

ETUC vəziyyətin əsas səbəbi kimi artan yaşayış xərcləri və nəqliyyat, qida qiymətləri, azalan alıcılıq qabiliyyəti və iqtisadi bərabərsizliyi göstərib.

Aİ-də tətil imkanı baxımından ciddi bölgə fərqləri müşahidə olunur – Şərqi və Cənubi Avropa ölkələri daha çox geridə qalır.

Ən yüksək göstərici Rumıniyada qeydə alınıb – burada işçilərin 32%-i bir həftəlik tətil edə bilmir. Ardınca Macarıstan (26%), Bolqarıstan (24%), Portuqaliya və Kipr (hər biri 23%), Slovakiya (22%) gəlir.

Ən aşağı göstəricilər isə Şimali və Qərbi Avropa ölkələrindədir: Finlandiya, İsveç, Danimarka, Niderland, Lüksemburq və Sloveniyada bu rəqəm 5–7% arasındadır.

Çexiya, Avstriya və Belçikada isə tətil imkanı olmayan işçilərin payı 10%-dən aşağıdır.

Aİ-nin ən iri iqtisadiyyatlarında da vəziyyət narahatlıq doğurur: İspaniyada 18%, İtaliyada 17% göstərici ilə Aİ orta səviyyəsini (15%) keçib. Fransada bu göstərici 12%, Almaniyada isə 11% təşkil edir.

Aİ-nin “Böyük Dördlüyü”ndə hər ölkədə 5 milyondan çox işçinin tətilə gücü çatmır.

2023-cü ildə Aİ-nin ən böyük dörd iqtisadiyyatında — İtaliya (6,2 milyon), Almaniya (5,8 milyon), İspaniya (5,6 milyon) və Fransada (5,1 milyon) — 5 milyondan çox işçi birhəftəlik tətilə belə gedə bilməyib.

Rumıniya və Polşada bu rəqəm 3,5 milyonu keçib. Macarıstan və Portuqaliyada isə 1,5 milyondan çox işçi tətil imkanından məhrum olub.

Avstriya və Niderland kimi nisbətən rifahlı ölkələrdə belə 550 mindən çox işçi və sahibkar tətilə gedə bilməyib.

2023-cü ildə illik xalis gəlirin 43 897 avro olduğu İrlandiyada belə tətil yoxsulluğu yüksək olaraq qalır. Əksinə, oxşar gəlirlərə sahib Sloveniya bu baxımdan ən yaxşı göstəricilərə malik ölkələrdən biridir.

Ümumilikdə Aİ-də əhalinin 29%-i birhəftəlik tətilə gedə bilmədiyi halda, bu göstərici Lüksemburqda 11%, Rumıniyada isə 60% təşkil edib.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar