Hansı bank etibarlıdır? - SORĞU
Ru
16:17 / 29 Noyabr 2024

Tiflisdə gərginlik artır: Aksiyalar nə ilə nəticələnə bilər? - ŞƏRH

1099

Son vaxtlar Gürcüstanda baş verən proseslər bütün dünyanın diqqət mərkəzindədir. Əvvəlcə parlament seçkilərinin nəticələri, daha sonra isə hakimiyyətin 2028-ci ilə qədər Avropa İttifaqına (Aİ) daxil olmaq üzrə danışıqlardan imtina etməsi ciddi etiraz aksiyalara səbəb olub. Qonşu ölkədə baş verən bu hadisələr nə ilə nəticələnə bilər?

ADP sədri Sərdar Cəlaloğlu mövzu ilə bağlı Bakupost.az -a bildirib ki, Gütcüstandakı hadisələr Cənubi Qafqaz uğrunda Rusiya ilə Avropa və ABŞ arasında mübarizənin nəticəsidir:

“Rusiya bu mübarizəni Ermənistanda uduzub. İndi revanş götürüb Gürcüstanı öz təsir dairəsinə qatmaq istəyir. Rusiya insan hüquqlarının pozulmasını, antidemokratiya təklif edir, ABŞ isə azadlıq. Adamların bir hissəsi azad cəmiyyətdə yaşamaq istəyir. Buna görə də, Qərbə inteqrasiyanı dəstəkləyir. Bir hissəsi korripsioner, rüşvətxor, özbaşınalığın və ədalətsizlyin mövcud olduğu Rusiyanın Gürcüstanda dominanat olmasını istəyir. Ona görə də cəmiyyət belə parçalanıb".



S.Cəlaloğlu qeyd edib ki, bu mübarizənin nəticəsi Qərbin Gürcüstan müxalifətinə nə dərəcədə dəstək verməsindən asılıdır:

“Qərb bir dəfə Gürcüstana dəstək verdi və Qafqazda ilk “narıncı inqilab” Gürcüstanda qalib gəldi. Gürcülər demokratiyanın nə olduğunu gördülər. İndi ikinci dəfə eyni problem qarşısındadırlar Qərb lazimi dəstəyi versə, hadisələr yenidən demokratik müstəviyə keçəcək”.

Rəhman Mirzəlizadə, BakuPost
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar