Ru
11:21 / 15 May 2025

Top Rusiyanın meydanındadır - Rutte

Top Rusiyanın meydanındadır - Rutte
Eye

NATO-nun baş katibi Mark Rutte Ukraynada sülhə doğru irəliləyiş üçün optimist olduğunu, amma növbəti addımların Rusiyanın üzərinə düşdüyünü deyib.

Bakupost.az Əl- Ərəbiyə agentliyinə istinadən xəbər verir ki, Rutte bunu Türkiyədə keçirilən NATO toplantısında bildirib:

"Hələ də optimistəm, əgər ruslar da bu prosesə qoşulmağa hazır olsalar, növbəti bir neçə həftə ərzində müəyyən irəliləyişlər əldə oluna bilər. Ukrayna atəşkəsə və dərhal danışıqlara başlamağa hazırdır. Bu, tamamilə aydındır. İndi top Rusiyanın meydanındadır".

Rutte deyib ki, Rusiya Türkiyəyə niyə aşağı səviyyəli nümayəndə heyəti göndərdiyini izah etməlidir.

Aysel,
BakuPost

Şərhlər
Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar