"Televiziya və həyat yoldaşı Trampa mövqe formalaşdırmaqda təsir edir."
Bakupost.az xəbər verir ki, bu barədə “Independent” məlumat yayıb.
Bildirilib ki, ABŞ Prezidenti Donald Tramp Fələstin və Ukraynadakı münaqişələrlə bağlı qərarlar qəbul edərkən və mövqe formalaşdırarkən, əsasən, televiziya vasitəsilə əldə etdiyi məlumatlara və həyat yoldaşının məsləhətlərinə əsaslanır.
Məqalədə iddia olunur ki, ABŞ prezidenti bu mövzularda nazirlər kabinetinin üzvlərinə məsləhət üçün müraciət etməyib.
Bundan əvvəl “Times” yazmışdı ki, Melaniya Tramp ABŞ prezidentini Kiyevə "Patriot" zenit raketlərinin göndərilməsini təsdiqləməyə razı salmaqda müəyyən rol oynayıb.
Həftənin əvvəlində isə Tramp, Netanyahunun iddialarına baxmayaraq, Qəzzadakı uşaqların "televiziyada çox ac göründüyünü" bəyan edib.
Aysel,
BakuPost