Ru
09:54 / 13 Aprel 2026

Tramp təsdiqlədi: Bu gün saat 19:00-da başlayır

Tramp təsdiqlədi: Bu gün saat 19:00-da başlayır
Eye

ABŞ prezidenti Donald Tramp Pakistanda danışıqların uğursuzluğundan sonra Hörmüz boğazına blokada tətbiq edəcəklərini və İranın bundan qazanc əldə etməsinə imkan verməyəcəklərini bildirib.

Bakupost.az Publika.az-a istinadən xəbər verir ki, Tramp özünün “Truth Social” hesabında paylaşdığı mesajda Tehranın Hörmüz boğazını açacağına söz verdiyini, lakin bunu etmədiyini və prosesin İranın və "qalan liderlərinin" nüfuzuna uzunmüddətli ziyan vurduğunu bildirib. Hörmüz boğazının dəniz nəqliyyatı üçün bağlanmasının "kitabdakı bütün qaydaların pozulması" olduğunu iddia edən Tramp deyib:

"ABŞ Hərbi Dəniz Qüvvələri Hörmüz boğazına girməyə və ya çıxmağa çalışan bütün gəmilərin qarşısını almaq prosesinə başlayacaq... Mən Hərbi Dəniz Qüvvələrimizə İrana tranzit haqqı ödəyən bütün gəmiləri müəyyən etməyi və dayandırmağı tapşırmışam. Qanunsuz tranzit haqqı ödəyən heç bir gəmi təhlükəsiz səyahət edə bilməyəcək".

Tramp NATO-nun da Hörmüz boğazının təhlükəsizliyinə kömək etmək istədiyini və "digər ölkələrin də qoşulacağını" iddia edib. ABŞ prezidenti həmçinin İranın Hörmüz boğazına yerləşdirdiyi minaları məhv etməyə başlayacaqlarını da bir daha təkrarlayıb.

İran öz açıqlamalarında Hörmüz boğazından keçid üçün hər gəmidən 2 milyon dollara qədər haqq alacağını və müharibədə zədələnmiş tikililəri bərpa edəcəyini açıqlamışdı. Lakin dəniz qanunvericiliyi, Süveyş və Panama kanalları kimi sonradan qazılmış su yolları istisna olmaqla, təbii su yollarında "tranzit haqları"nın toplanmasını qadağan edir.

Daha əvvəl ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) elan etmişdi ki, “Saat 10:00-da (Bakı vaxtı ilə saat 19:00) İran limanlarına daxil olan və çıxan bütün dəniz nəqliyyatına blokada tətbiq olunacaq. Blokada, Ərəbistan və Oman körfəzlərindəki bütün İran limanları da daxil olmaqla, İran limanlarına və sahillərinə daxil olan və çıxan bütün ölkələrin gəmilərinə şamil ediləcək”.

Hörmüz boğazındakı blokadaya cavab olaraq İran İnqilab Keşikçiləri Korpusu bildirib ki, “Bir səhv addım düşməni Hörmüz boğazında ölümcül bir girdaba salacaq”.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar