Hörmüz boğazı yaxınlığında hərbi blokada əməliyyatını dəstəkləmək üçün 15-dən çox ABŞ hərbi gəmisi cəlb olunub.
Bakupost.az xəbər verir ki, bu barədə “Voll Strit Jurnal”ı yüksək vəzifəli rəsmilərin sözlərinə istinadən məlumat yayıb.
Qeyd edək ki, ABŞ tərəfindən İrana qarşı dəniz blokadası rəsmi olaraq başlanıb. Bu qərar sülh danışıqlarının razılaşma əldə olunmadan başa çatmasından sonra verilib və Donald Tramp İranın blokada zonasına yaxınlaşan istənilən gəmisinə zərbə endirməklə hədələyib.