Ru
18:06 / 17 İyun 2025

Trampın bəyanatları neftin qiymətini artırdı

Trampın bəyanatları neftin qiymətini artırdı
Eye

İsrail və İran arasında qarşılıqlı raket hücumları və ABŞ Prezidenti Donald Trampın İran ilə bağlı bəyanatı fonunda iyunun 17-də dünyada neftin qiymətləri yenidən qalxıb.

Bakupost.az xəbər verir ki, bunu ticarət məlumatları sübut edir.

Bir gün əvvəl 71.5 dollara qədər ucuzlaşan "Brent" markalı neftin bir barelinin qiyməti iyunun 17-də, demək olar ki, 75 dollara çatıb.

Məlumata görə, Trampın ABŞ hakimiyyətinin İranın tam təslim olmasını gözlədiyinə dair bəyanatları fonunda bir neçə saat ərzində artım iki dolları ötüb, həmçinin bəziləri Ağ Evin münaqişədə iştirak etməyə hazır olduğu qənaətinə də gəliblər.

"Əgər onların danışmaq istəkləri varsa, məni necə tapacaqlarını bilirlər. Onlar masada olan sazişi qəbul etməli idilər", - deyə ABŞ lideri əlavə edib.

Qeyd edək ki, Donald Tramp özünün "Air Force One" təyyarəsində jurnalistlərə müsahibəsi zamanı ABŞ-nin İranın tamamilə təslim olmasından başqa bir şey gözləmədiyini bəyan edib.

"Mən İranla hər hansı danışıqlar aparmaq əhvalında deyiləm, çünki mən Tehranın tam kapitulyasiyasından (təslim olmaq) başqa heç nə gözləmirəm", - deyə Ağ Ev rəhbəri vurğulayıb.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar