Ru
12:18 / 03 May 2023

“Trendyol”dan Azərbaycan istifadəçiləri üçün yenilik - Ünvana çatdırılma

8167
Türkiyənin məşhur alış-veriş saytı olan “Trendyol”a daxil olarkən Azərbaycan istifadəçilərinə yeni seçim imkanı təklif edilir.

Bakupost.az xəbər verir ki, təklifdə “Trendyol” sifarişlərini artıq Azərbaycan adresində təslim almaq mümkündür” seçimi yer alıb.


Yeniliklə vətəndaşlar Azərbaycan nömrəsi ilə qeydiyyatdan keçərək, sifarişi "Trendyol" saytından izləyə bilərlər. Eyni zamanda sifarişçi adres olaraq öz ev ünvanını qeyd edərək, malın evinə təslim edilməsini seçə bilər.

Qeyd edək ki, indiyədək “Trendyol”un Azərbaycana birbaşa çatdırılma xidməti yox idi.
“Trendyol”dan Azərbaycan istifadəçiləri üçün yenilik - Ünvana çatdırılma
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər