Ru
17:05 / 05 Fevral 2025

"Türkiyə ilə heç vaxt indiki qədər intensiv dialoqda olmamışıq" - Paşinyan

"Türkiyə ilə heç vaxt indiki qədər intensiv dialoqda olmamışıq" - Paşinyan
1960


Ermənistanın Baş naziri Nikol Paşinyan Türkiyə ilə fəal və davamlı dialoq apardıqlarını, İrəvan və Ankara arasında təmaslara maneələrin olmadığını bildirib.

Bakupost.az xəbər verir ki, bu barədə "MK" bildirib.

"Əslində, Türkiyə ilə təmaslara heç bir maneə yoxdur və biz daimi əlaqədəyik. Xarici işlər nazirlərimiz mütəmadi olaraq görüşür, danışıqlar aparırlar, nümayəndələrimiz daimi əlaqədədirlər, biz çox fəal işləyirik, görülməli işlər barədə ümumi anlaşma var", - deyə Paşinyan ABŞ-a işgüzar səfəri çərçivəsində iştirak etdiyi Atlantik Şurasında çıxışı zamanı deyib.

Paşinyan ikitərəfli münasibətlərdə "nüansların" olduğunu etiraf etməklə yanaşı, müəyyən yekun addımlar vasitəsilə "real nəticələrin" tezliklə əldə olunacağına ümid etdiyini bildirib.

O əlavə edib ki, Ermənistan və Türkiyə heç vaxt indiki qədər intensiv dialoqda olmayıblar.

Lalə, BakuPost

Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar