Tanınmış jurnalist Eynulla Fətullayev sahibi olduğu rusdilli haqqın.az saytını satıb.
Bakupost.az Gununsesi.info-ya istinadən xəbər verir ki, baş redaktor bu axşam saatlarında kollektivlə vidalaşıb.
Məlumata görə, Eynulla Fətullayev bundan sonra Türkiyədə yaşamağa qərar verib.
Qeyd edək ki, Eynulla Fətullayev həbsdən azad ediləndən sonra adıçəkilən media quruluşunu yaratmışdı.