Ru
11:54 / 06 Oktyabr 2022

Türkiyə kəşfiyyatl PKK liderlərindən birini zərərsizləşdirdi - FOTO

1875
Türkiyənin Milli Kəşfiyyat Təşkilatı (MİT) Suriyanın şimalındakı Eyn-əl-Ərəb bölgəsində həyata keçirdiyi əməliyyat zamanı PKK/YPG-nin liderlərindən olan "Koçero Batman/Koçer Amed" kod adlı Həsən Demertaşı zərərsizləşdirilib.


Bakupost.az "Anadolu" agentliyinə istinadla xəbər verir ki, təhlükəsizlik mənbələrindən verilən məlumata görə, 2001-ci ildə terror təşkilatına qoşulan Demertaş uzun illərdir Hakkari, Tunceli və Zaqros bölgəsində təhlükəsizlik qüvvələrinə qarşı fəaliyyətlər həyata keçirib.


2011-ci ildə Tuncelinin Ovacık rayon prokuroru Murat Uzun və bir taksi sürücüsünə qarşı törədilən qətliamda iştirak etdiyi səbəbindən barəsində həbs qərarı çıxarılan Demertaş MİT tərəfindən izlənilib. Təşkilatın Eyn-əl-Ərəb qərargahında keçirdiyi əməliyyat zamanı Demertaşı zərərsizləşdirib.


2012-ci ildə Dersim Əli Boğazının sözdə bölgə zabiti olan Demertaşın 2014-cü ildə İraqın şimalındakı Metinaya keçdiyi, 2016-cı ildə isə Suriyanın şimalındakı qondarma PKK/YPG-nın Cerablus zabiti olduğu müəyyən edilib. 2019-cu ildə o, təşkilatın Kobani qoluna rəhbərlik edib.


Suriyanın şimalındakı Menbicdə PKK/YPG adından ABŞ rəsmiləri ilə təmasda olan Demertaşın 2020-ci ildən etibarən Türkiyə sərhəd xəttində təhlükəsizlik qüvvələrinə qarşı əməliyyatlara rəhbərlik etdiyi təsdiqlənib.




Zaur
BakuPost
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər