İstanbulda Rusiya və Ukrayna nümayəndə heyətləri arasında aparılan danışıqlar mənfi nəticələr olmadan başa çatıb.
Bakupost.az xəbər verir ki, bu barədə Rusiya KİV-i “Daily Sabah” nəşrinə istinadən məlumat yayıb.
"Görüş başa çatıb. Onun nəticələri mənfi olmayıb", - nəşr Türkiyə XİN-in nümayəndəsi Öncü Keçeliye istinadən bildirib.
Qeyd edək ki, iki ölkənin nümayəndə heyətləri arasında danışıqlar bir saatdan çox davam edib və rus dilində aparılıb.