Ötən gün Şəkidə yerləşən “Şəki Yaylası” istirahət mərkəzində kanatın trosunun qırılması nəticəsində iki nəfər həyatını itirib.
“Bakupost”un əldə etdiyi məlumata görə, ölən şəxslərdən biri - Ucal Asif oğlu Bayramov faciədən bir gün əvvəl evliliyinin birinci ildönümünü qeyd edibmiş.
Qeyd edək ki, hadisə nəticəsində Qax rayon Zərnə kənd sakini, 1996-cı il təvəllüdlü Coşqun Ceyhun oğlu Məmmədov və 27 yaşlı Bayramov Ucal Asif oğlu hadisə yerində ölüblər.
Faktla bağlı Şəki Rayon Prokurorluğunda araşdırma aparılır.
Lalə, BakuPost