Ru
18:08 / 23 Aprel 2025

Ukrayna hərbçiləri Kurskda yalnız bir bölgədə qalıb

Ukrayna hərbçiləri Kurskda yalnız bir bölgədə qalıb
Eye

Qornal Kursk vilayətində Ukrayna Silahlı Qüvvələrin əsgərlərinin hələ də qaldığı yeganə yaşayış məntəqəsidir.

Bakupost.az TASS-a istinadən xəbər verir ki, bu barədə “Kosmos” ləqəbli rusiyalı tabor komandiri bildirib

"Biz hələ də düşmən qüvvələrinin ola biləcəyi son yaşayış məntəqəsinə doğru irəliləyirik. Bu Qornaldır. Hazırda sərhədə qədər bütün ərazimizi təmizləyirik", - "Kosmos" təfərrüatları paylaşıb.

O, Kursk vilayətində qalan ukraynalı hərbçilərin taktikasını özünəməxsus adlandırıb. "Kosmos"un məlumatına görə, bəziləri qaçır, bəziləri isə Rusiya Silahlı Qüvvələrinin irəliləməsinin qarşısını almaq üçün bölgədə qalır.

Rusiya hərbçiləri qeyd ediblər ki, onlar ərazini saxlamağa çalışan hər kəsi məhv edirlər.

Zaur,BakuPost

Şərhlər
Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar