Ru
12:22 / 06 İyun 2025

Ukrayna ordusu Rusiya qırıcılarının yerləşdiyi iki aerodromu vurdu

Ukrayna ordusu Rusiya qırıcılarının yerləşdiyi iki aerodromu vurdu
Eye

Ukrayna Silahlı Qüvvələri Rusiyada iki aerodrom, yanacaq çənləri və digər obyektlərə zərbələr endirib.

Bakupost.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Məlumata görə, Ukrayna ordusu Rusiyanın Saratov vilayətindəki Engels aerodromunda döyüş təyyarələrinin yerləşdiyi yerə uğurlu zərbələr endirib.

Ukraynanın digər hədəfi aviatankerlər və qırıcıların yerləşdiyi Ryazan vilayətindəki Diaqilev aerodromu olub.

Hava zərbələrinin endirildiyi ərazilərdə yanğın barədə məlumat var.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar