Ru
13:08 / 12 Mart 2022

Ukraynada daha 10 humanitar dəhliz açılır

Ukraynada daha 10 humanitar dəhliz açılır
Eye

Ukraynada müharibə ilə əlaqədar insanların təxliyyəsi və humanitar yardımların çatdırılması üçün 10 humanitar dəhlizin açılması planlaşdırılır.



Bakupost.az UNIAN-a istinadən xəbər verir ki, bu barədə Ukrayna Baş nazirinin müavini, müvəqqəti işğal olunmuş ərazilərin reinteqrasiyası üzrə nazir İrina Vereşçuk bildirib.

"Yeni humanitar dəhlizlərin açıldığını elan edirik”, o deyib.

Zaporojye - Mariupol (Mariupola humanitar yardım göndəriləcək); Poloqi – Zaporojye; Qostomel, Kozaroviçi, Mikuliçi (Kiyev vilayəti) - Kiyev; Andreyevka, Makarov, Borodyanka (Kiyev vilayəti) - Jitomir;

Тrostyanets - Poltava; Sumı - Poltava; Lebedin - Poltava; Konotop -Poltava; Velikaya Pisarevka - Poltava; Krasnopolye - Poltava.


Ukrayna hökuməti bildirir ki, ən ağır humanitar vəziyyət Mariupoldadır. Belə ki, 400 000 əhalini yaşadığı şəhər Rusiya Ordusunun mühasirəsindədir və ora humanitar yardımın göndərilməsinə imkan verilmir.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar