Ukrayna hərbçiləri Rusiya ordusunun tərəfində döyüşərkən əsir düşən əcnəbilərin videogörüntülərini paylaşıblar.
Bakupost.az xəbər verir ki, bu barədə "Azad İran" "Telegram" kanalı məlumat verib.
Onların arasında hərbi forma geyinmiş Məhəmmədyar Xətibi adlı iranlı da olub.
Bundan başqa, Çin, Şimali Koreya, Banqladeş, Keniya və Kolumbiya vətəndaşları da əsir götürülüb.