Ru
20:22 / 19 Aprel 2024

Ukraynaya veriləcək kifayət qədər "Patriot" var - Stoltenberq

735
NATO müttəfiqlərində Ukraynaya veriləcək kifayət qədər "Patriot" və digər havadan müdafiə sistemləri var.

Bakupost.az xəbər verir ki, bunu NATO Baş katibi Yens Stoltenberq NATO-Ukrayna Şurasının bugünkü iclasının yekunu ilə bağlı keçirdiyi mətbuat konfransında deyib.

Baş katib məxfi məlumat olduğu üçün rəqəmləri açıqlaya bilməyəcəyini deyib.

"Beləliklə bizim bütöv paketə, texniki dəstəyə ehtiyacımız var. Biz təbii ki, yeni sistemlərin çatdırılmasına fokuslanmalıyıq. Bununla yanaşı indiyə qədər verilən sistemlərin texniki təminatına da diqqət ayırmalıyıq. Bu gün müttəfiqlərimizin bizimlə bölüşdüyü məlumatları nəzərə alaraq deyə bilərəm ki, yaxın gələcəkdə yeni hərbi yardımların elan oluna bilər", - deyə Stoltenberq vurğulayıb.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər