Ru
16:25 / 15 Avqust 2022

Ukraynada hərbi vəziyyətin müddəti uzadıldı

Ukraynada hərbi vəziyyətin müddəti uzadıldı
Eye

Ukraynada hərbi vəziyyət və səfərbərlik müddəti demək olar ki, qışa qədər - 2022-ci il noyabrın 21-dək uzadılıb.


Bakupost.az xəbər verir ki, bu barədə deputat Yaroslav Jeleznyak öz teleqram kanalında bildirib.


"Parlament hərbi vəziyyətin 90 gün - 21 noyabr 2022-ci il tarixədək uzadılmasını dəstəklədi. Rada həmçinin “Ümumi səfərbərlik müddətinin uzadılması haqqında” Fərmanın təsdiqini də dəstəkləyib”, - məlumatda deyilir.


Hər iki qərarın lehinə 328 deputat səs verib. Sənədləri parlamentə Ukrayna prezidenti Vladimir Zelenski təqdim edib.


Zaur
BakuPost

Şərhlər
Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar