Ru
11:34 / 03 İyul 2025

Səfirliklərimizdə aşpaz ştatı yaradılsın – Xanım deputat

Səfirliklərimizdə aşpaz ştatı yaradılsın – Xanım deputat
Eye

Xəbər verdiyimiz kimi, bu gün Sosial Tədqiqatlar Mərkəzi və Azərbaycan Milli Kulinariya Assosiasiyasının təşkilatçılığı ilə "İrəvan xanlığının mətbəxi" kitabının ingilis dili nəşrinin təqdimatı keçirilib.

Bakupost.az xəbər verir ki, təqdimat mərasimində çıxış edən Milli Məclisin deputatı Jalə Əliyeva milli mətbəxin təbliği ilə bağlı maraqlı təklif irəli sürüb. Deputat bildirib ki, Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəliklərində milli mətbəxin tanıdılması məqsədilə xüsusi aşpaz ştatları yaradılmalıdır.

“Milli mətbəximiz bizim mədəni kimliyimizin ayrılmaz hissəsidir. Xaricdə ölkəmizi tanıtmağın ən effektiv yollarından biri də mətbəximizdir. Hesab edirəm ki, hər səfirliyimizdə bir aşpaz olmalıdır. Onlar müxtəlif tədbirlərdə Azərbaycan mətbəxini təqdim etməlidirlər,” – deyə Jalə Əliyeva vurğulayıb.

Təqdimat mərasimində iştirak edən Azərbaycan Milli Kulinariya Mərkəzinin rəhbəri Tahir Əmiraslanov da təklifi dəstəkləyərək qeyd edib ki, bu istiqamətdə mütəxəssis hazırlığı mümkündür:

“Əgər Xarici İşlər Nazirliyi bu təşəbbüsü dəstəkləsə, biz həmin peşəkar aşpazları hazırlayıb səfirliklərimizə göndərməyə tam hazırıq,” – deyə T.Əmiraslanov bildirib.

Qeyd edək ki, tədbirdə mətbəx irsimizin qorunması, gələcək nəsillərə ötürülməsi və beynəlxalq səviyyədə tanıdılması ilə bağlı bir sıra təkliflər səsləndirilib.

Elnur, BakuPost

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar