Ru
12:21 / 13 İyun 2022

Vaqif Əsədov pensiyaya göndərildi - ƏMR

Vaqif Əsədov pensiyaya göndərildi - ƏMR
Eye

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi polis polkovniki Vaqif Əsədov vəzifəsindən azad edilərək təqaüdə göndərilib.


Bakupost.az xəbər verir ki, "Report"un əldə etdiyi məlumata görə, bununla bağlı daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.


Əmrə əsasən, V.Əsədov xidmətdə olmanın son yaş həddi ilə əlaqədar təqaüdə göndərilib.


Onun yerinə hələlik təyinat yoxdur.


Qeyd edək ki, V.Əsədov uzun müddətdir ki, Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi vəzifəsində çalışırdı.

Şərhlər
This site is protected by reCAPTCHA.
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar