Xəbər verdiyimiz kimi, Nəsimi Rayon İcra Hakimiyyəti başçısının müavini Ramiz Quliyev vəzifəsindən azad edilib. Bununla bağlı yeni icra başçısı Elxan İbrahimov əmr imzalayıb.
Bakupost.az vəzifədən azad edilən müavinin dosyesini təqdim edir:
Ramiz Quliyev 1966-cı ildə anadan olub.
Əmək fəaliyyətinə Bakı şəhəri Su İdarəsində idarə rəisi kimi başlayıb.
Daha sonra uzun müddət, təxminən 19 il ərzində Bakı Şəhər İcra Hakimiyyəti sistemində müxtəlif məsul vəzifələrdə çalışıb.
O, sonrakı illərdə Şəhərsalma və Arxitektura Komitəsində fəaliyyət göstərib və Regionlarla iş şöbəsinin müdiri vəzifəsini icra edib.
Ramiz Quliyev 2024-cü ildə Prezidentin müvafiq sərəncamı ilə dövlət qulluğunda fərqlənmə diplomuyla mükafatlandırılıb.
O, idman sahəsində də bir sıra uğurlar əldə edib. Belə ki, Ramiz Quliyev boks üzrə "SSRİ idman ustası" və "Azərbaycan Respublikasının Fəxri Bədən Tərbiyəsi və İdman işçisi"dir. 2019-cu ildə Prezident tərəfindən “İdmanda fərqlənməyə görə” diplomu ilə təltif olunub.
Ramiz Quliyev bir müddət Azərbaycan Kikboksinq Federasiyasının vitse-prezidenti olub.