“Kamillik Vətəndaşların Hüquqi Maarifləndirilməsi” İctimai Birliyi QHT-lərə Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Azərbaycanda birgəyaşayış: Azsaylı xalqların sosial-mədəni dəyərlərinin təbliği istiqamətində tədbirlərin təşkili” layihə çərçivəsində Azərbaycanda yaşayan tatların məişətində və məşğuliyyətində uzun müddət mühüm yer tutan “Çiçi xalçaları” ilə bağlı veriliş hazırlayıb.
Bakupost.az xəbər verir ki, veriliş Quba rayonunun Səbətlər, Çiçi, Yeni Atuc kəndlərində və Bakı şəhərində çəkilib.
Verilişdə yazıçı-publisist, sənətşünas Əkrəm Qaflanoğlu, “Azər” Tat Mədəniyyət Mərkəzinin rəhbəri Elman Əhmədov və bu günə kimi tatların çox məşhur “Ağgül Çiçi” və “Xırdagül Çiçi” xalçalarını toxumaqda davam edən Yeni Atuc (Quba) kənd sakini Təranə Nəsrullayevanın fikirləri təqdim olunur.
Verilişin məqsədi tatlarda hələ qədim zamanlarda xalçaçılığın inkişaf etdiyini diqqətə çatdırmaqdır.
Qeyd edək ki, hələ 1712-ci ildə Çiçi kəndində toxunmuş “Ağgül Çiçi” xalçası hazırda Nyu-Yorkun “Metropolitan” muzeyində qorunur.