Ru
14:23 / 18 İyun 2025

Xamenei Trampın təklifini rədd etdi - Nələr olacaq? - ŞƏRH

Xamenei Trampın təklifini rədd etdi -  Nələr olacaq? - ŞƏRH
Eye

Xəbər verdiyimiz kimi, ABŞ Prezidenti Donald Tramp İrana təslim olmaq üçün 24 saat vaxt verib. İranın ali dini rəhbəri Ayətullah Seyid Xamenei isə münaqişənin yeni mərhələsinin başladığını elan edib. Əslində bunu Tehranın cavabı kimi də qəbul etmək olar. Bu halda proseslər necə inkişaf edəcək? ABŞ müharibəyə daxil olacaqmı?

Politoloq Elçin Xalidbəyli Bakupost.az -a açıqlamasında bildirib ki, ABŞ müharibəyə qoşulmaq üçün bəhanə axtarır:


“Hazırda İran olduqca ağır bir vəziyyətə düşüb. İsraillə savaşda İrana böyük ehtimalla Çin, Rusiya və Şimali Koreya dəstək verə bilərdi. Ancaq hələlik bu dövlətlər də İrana dəstəyi yalnız İsraili qınayan bəyanatlarla məhdudlaşdırıblar. Ona görə də İran İsrail qarşısında tək qalıb və İsrailin müasir texnologiyası, hərbi potensialı qarşısında müqavimət göstərməkdə çətinlik çəkir.

ABŞ təbii ki, bütün bunları tam dəqiqliklə bildiyi üçün İrana təslim olmaq və nüvə proqramından tam şəkildə imtina etmək tələbləri irəli sürür. Əgər bu, baş verərsə, o zaman İran uzun müddət geopolitik iradəsi olmayan bir regional dövlətə çevrilə bilər. Rəsmi Tehranın bu tələblərə razılaşıb-razılaşmayacağı hələlik məlum deyil, ancaq müşahidələr onu göstərir ki, ABŞhəqiqətən də İsrailin tərəfində İranla müharibəyə qoşula bilər, hadisələr təxminən o istiqamətdə inkişaf edir.

Hətta hesab etmək olar ki, ABŞ bu savaşa qatılmaq üçün bəhanə axtarır. Belə anlaşılır ki, o bəhanəni də İranın təslim olub-olmayacağı mövzusunda yaratmağa çalışır. ABŞ Donald Trampın Təhlükəsizlik Şurasının son iclasını keçirməsindən sonra artıq bölgəyə daha böyük hərbi qüvvələr göndərməyə başlayıb və bu da onu İran savaşına qatılma ehtimalını artırıb.

Ancaq İranı dəstəkləyən qüvvələrin hərəkətə keçmədiyini nəzərə alsaq, ABŞ-nin İranla savaşa qatılması səbəbilə qlobal savaşın və ya üçüncü dünya müharibəsinin baş vermə ehtimalı o qədər inandırıcı görünmür. Belə anlaşılır ki, dünyanın heç bir dövləti hazırda ABŞ ilə müharibə vəziyyətinə girməyə qətiyyən həvəsli deyil. Ona görə də belə görünür ki, bu savaş İran üçün ağır nəticələr verərək sona çata bilər.”

Aysel,
BakuPost

Şərhlər
  • Dəxi

    Ağ Ev, hələ ötən ildən İsrailin Qəzzada *HƏMASlılara* mümkün ki, razılaşılmış Hərbi zərbələri zamanı Yaxın Şərqə milyardlarla dəyərində hərbi silahlar göndərib. Regiona yeni Hərbi Arsenal, HƏMAS təxribatı bəhanəsi ilə Yaxın Şərqdə Hərbi Arsenalı arzulamayan İsrailə də əks ölkələrə və müdafiə qüvvələrinə sarsıdıcı-məhvedici zərbələr məqsədilə göndərilirmiş? Təbiətən, özünə məxsus adekvat müdafiə təsisatları və alternativ-güc tərəfdaşları olmadan qeyri-bərabər mübarizə və müharibədə digər hüquqi son yoxdur? İstər Kremlin xarici-Hərbi işğal siyasəti, istərsə də Ağ Evlə İsrailin Yaxın Şərq iddialarına qarşı adekvat-bərabər qüvəllər və siyasət belə məqbul deyil, məhv hədəflərindədir? Zəif üüçüncü dünya qarşılıqlı birlik zəmanəti olmadığından geri çəkilmə tərəddüdündə görünür???

Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar