Görüntülər Xəzərin sahilində, Zaqulba tərəfdə qeydə alınıb...
Xəzər dənizində uzunluğu 1,5 metrə yaxın olan ilan görünüb.
Videodan ilanın sahilə doğru hərəkət etdiyi aydın olur. Uzun ilan insanları qorxuya salıb.
Qeyd edək ki, son günlər Xəzər sularında ilanların peyda olması ilə bağlı xəbərlər yayılıb.
Həmçinin, bir neçə gün əvvəl metronun "28 May" və
“Həzi Aslanov” stansiyasının qarşısındakı ərazidə də ilanlar ortaya çıxmışdı. Onların şəhərdə çoxalmasının səbəbi hələ məlum deyil.
Elnur
BakuPost