Ru
20:05 / 06 Dekabr 2022

Xorvatiyanın MiQ-21 qırıcısı qəzaya uğradı

Xorvatiyanın MiQ-21 qırıcısı qəzaya uğradı
Eye

Xorvatiya Hərbi Hava Qüvvələrinə məxsus MiQ-21 qırıcı təyyarəsi qəzaya uğrayıb.



Bakupost.az CNN-nə istinadən xəbər verir ki, bu barədə Xorvatiya Müdafiə Nazirliyi məlumat yayıb.



Xorvatiyanın şimalında Viroviticko-Podravska bölgəsi yaxınlığında təlim uçuşu həyata keçirən Miq-21 tipli qırıcı təyyarənin meşəlik ərazidə yerə çırpıldığı bildirilir.


Məlumata görə, təyyarədə iki pilot olub. Artıq pilotlardan biri ilə əlaqə saxlanılıb, ikinci pilot üçün axtarış-xilasetmə işləri davam etdirilir.


Qəzanın səbəbi hələlik məlum deyil.



Hazırda pilotların axtarışı aparılır.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar