Ru
19:07 / 06 İyun 2024

YAP-ın Saatlı və Zaqatala rayon təşkilatlarına yeni sədrlər təyin edildi

YAP-ın Saatlı və Zaqatala rayon təşkilatlarına yeni sədrlər təyin edildi
Eye

İyunun 6-da Yeni Azərbaycan Partiyasının (YAP) İdarə Heyətinin növbəti iclası keçirilib.

YAP-dan Bakupost.az -a verilən xəbərə görə, iclasda ilk olaraq YAP Saatlı rayon təşkilatının sədri Lütvəli İbrahim oğlu Şıxəliyevin öz ərizəsi ilə tutduğu vəzifədən azad olunması məsələsinə baxılıb və müzakirələrin sonunda Lütvəli Şıxəliyevin YAP Saatlı rayon təşkilatının sədri vəzifəsindən azad olunması haqqında qərar qəbul olunub.

Ardınca YAP Saatlı və Zaqatala rayon təşkilatlarına sədrlərin təyin edilməsi məsələsinə baxılıb. Elşən Zeynal oğlu Əzizovun YAP Saatlı rayon təşkilatının, Fərid Səfər oğlu Ramazanovun isə Zaqatala rayon təşkilatının sədri vəzifələrinə namizədliyi irəli sürülüb. Müzakirələrdən sonra Elşən Zeynal oğlu Əzizovun YAP Saatlı rayon təşkilatının sədri və Fərid Səfər oğlu Ramazanovun YAP Zaqatala rayon təşkilatının sədri vəzifəsinə təyin olunması haqqında qərar qəbul edilib.

Vaqif Aslan oğlu Hüseynovun və Tahir Məhərrəm oğlu Quliyevin isə YAP Veteranlar Şurasına üzv seçilməsi haqqında qərar qəbul olunub.



Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar