Ru
18:55 / 30 Sentyabr 2022

Zelenski Ukraynanın NATO-ya üzvlüyünün sürətləndirilməsi ilə bağlı ərizəni imzaladı - YENİLƏNİB

1832
Ukrayna Prezidenti Volodimir Zelenski ölkəsinin NATO-ya üzvlüyünün sürətləndirilməsi ilə bağlı ərizəni imzalayıb.



Bakupost.az UNIAN-a istinadən xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Təhlükəsizlik Şurasının təcili iclasından sonra videomüraciətində bildirib.



Onun sözlərinə görə, Ukrayna faktiki olaraq NATO-nun bir hissəsidir: “Bu gün Ukrayna bunu deyure etmək üçün müraciət edir. Biz Ukraynanın Alyansa sürətləndirilmiş qaydafa üzvlüyü ilə bağlı ərizəsini imzalamaqla qətiyyətli addımımızı atırıq”.



Ukrayna lideri deyib ki, Ukrayna defakto NATO-da öz yolunu keçib: “Biz artıq defakto Alyansın standartlarına uyğunluğumuzu sübut etmişik. Biz bir-birimizə güvənirik, bir-birimizə kömək edirik və bir-birimizi qoruyuruq”.



***


18:15


Ukrayna Prezidenti Volodimir Zelenski ölkəsinin sürətləndirilmiş prosedur əsasında NATO-ya üzv olmaq üçün müraciət etdiyini açıqlayıb.



Bakupost.az Ukrayna mətbuatına istinadən xəbər verir ki, Rusiya Prezidenti Vladimir Putinin Donbass, Xerson və Zaporojyenin Rusiyaya birləşdirilməsi ilə bağlı sazişləri imzalamasından sonra Zelenski bu addımı atıb.



Detallar isə hələlik açıqlanmayıb.

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər