Ru
11:15 / 27 Sentyabr 2024

“Zəngəzur dəhlizi İrəvanla Moskva arasında olan məsələdir” - Zərdüşt Əlizadə

“Zəngəzur dəhlizi İrəvanla Moskva arasında olan məsələdir” - Zərdüşt Əlizadə
Eye

“Məlum olduğu kimi, Azərbaycan sülh danışıqlarından Zəngəzur dəhlizi məsələsini çıxarıb. Artıq Zəngəzur dəhlizi Ermənistanla Rusiya arasında olan məsələdir. Ona görə də İrəvan Moskva ilə bu prosesi öz arasında həll etməlidir”.

Bunu Bakupost.az -a politoloq Zərdüşt Əlizadə bildirib.

Onun sözlərinə görə, Rusiya dəhlizlə bağlı iddialarından geri çəkilsə, bu məsələdə hansısa irəliləyişə nail olmaq mümkün olacaq:

"Ermənistan Azərbaycanın dəhlizlə bağlı istəyini icra etməsə, onlar üçün çətinliklər yaranacaq. Meğri yolu açılmasa, Bakı Ermənistan üçün heç bir yolu açmayacaq. Azərbaycanla Ermənistan arasında dəmir yolu xətti olmayacaq. Gürcüstana, İrana, Türkiyəyə dəmir yolu şəbəkəsi mövcud oduğu üçün, Azərbaycan bu imkandan maksimum yararlanacaq”.

Sevinc,
BakuPost

Şərhlər
Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar