Xəbər verdiyimiz kimi, Hindistan Pakistan ərazisində yerləşən və Yeni Dehlinin “terrorçu” adlandırdığı infrastruktura qarşı “Sindur” adlı hərbi əməliyyata başladığını elan edib.
Bakupost.az xarici KİV-ə istinadən xəbər verir ki, Hindistanın Pakistana endirdiyi zərbələr nəticəsində pakistanlılar arasında ölənlərin sayı 26-ya çatıb. 46 nəfər yaralanıb.
Pakistan Müdafiə Nazirliyinin məlumatına görə, hava döyüşləri zamanı Hindistanın 5 hərbi təyyarəsi vurulub: üç "Rafale" qırıcısı, bir Su-30 və bir MiQ-29.
Bakupost.az Hindistanın hücumunun nəticələrini əks etdirən fotoları təqdim edir:
Kəşmirdə Hindistanın raket zərbəsi nəticəsində məscidin damı zədələnib

Hindistanın raket hücumu zamanı Kəşmirdəki Müzəffərabad şəhərinin görünüşü
Pakistan hava hücumundan müdafiə qüvvələri tərəfindən vurulan Hindistan qırıcısının qalıqları
Xilasedicilər Muridkedə Hindistanın raket zərbəsindən sonra dağıntıları təmizləyirlər
Hindistanın Pəncab əyaləti raket hücumundan sonra
Yaralanan pakistanlılar


Raket hücumundan sonra uşağını evakuasiya edən pakistanlı