Ru
14:20 / 13 İyun 2022

Bakı Zooparkında ilk dəfə pələng balası doğuldu - FOTO

3969
Bakı Zooloji Parkının tarixində ilk dəfə pələng balası dünyaya gəlib.

Bakupost.az xəbər verir ki, bu barədə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva instaqram hesabında paylaşım edib.

O qeyd edib ki, pələng ilində dünyaya gələn dişi pələng balasına Nur adı verilib: “Bu balanın dünyaya gəlməsi bizim üçün möhtəşəm hadisədir, çünki pələnglər digər məməlilər kimi sürətlə çoxalmır. Təbiətdə pələnglərin nəsli kəsilmək üzrədir və hal-hazırda 4000-dən az fərd qalıb. Bala hal-hazırda karantində, baytar həkim və zoopark əməkdaşlarının mütəmadi nəzarəti altında saxlanılır və daha sonra valideynlərinə qovuşacaq”, - Leyla Əliyeva qeyd edib.

Xatırladaq ki, əsaslı təmirdən çıxan Bakı Zooloji Parkında ötən il şir balası doğulmuşdu.

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər