Ru
10:50 / 16 Sentyabr 2021

Azadlığa buraxılan sabiq icra başçısı əməliyyat olundu

1950

Bir neçə gün əvvəl Mərkəzi Klinik Xəstəxanaya yerləşdirilən Yevlaxın sabiq icra başçısı Qoca Səmədov əməliyyat olunub.


Bakupost.az xəbər verir ki, bu barədə onun vəkili Elnur Vəliyev bildirib.

Vəkilin sözlərinə görə, ürək xəstəliyindən əziyyət çəkən sabiq icra başçısı ötən gün axşam saatlarında birinci əməliyyatını keçirib.

Hazırda vəziyyəti stabildir.

Qeyd edək ki, Qoca Səmədovun barəsində olan həbs qətimkan tədbiri səhhəti ilə əlaqədar dəyişdrilib. Onun barəsində başqa yerə getməmək barədə iltizam tədbiri seçilib.

Xatırladaq ki, sabiq icra başçısı Dövlət Təhlükəsizliyi tərəfindən keçirilən əməliyyatla həbs olunmuşdu.

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər