Ru
23:06 / 28 Avqust 2025

Bakıya uçan sərnişinlər təhqir edildi - İnanılmaz

Bakıya uçan sərnişinlər təhqir edildi - İnanılmaz
Eye

Ötən gün gecə Türkiyədən Bakıya uçan AZAL sərnişin təyyarəsində sərnişinlər heç də xoş olmayan “sürprizlə” qarşılaşıblar.

Bu barədə Bakupost.az-a sözügedən reysin sərnişinlərindən biri məlumat verib.

Onun sözlərinə görə, təyyarənin kapitanı sərnişinlərə yalnız ingiliscə müraciət edib və Azərbaycan dilindən istifadə etməyib. Bunun səbəbini stüarddan soruşduqda isə məlum olub ki, stüard da Azərbaycan dilini bilmir, hava gəmisinin kapitanı da azərbaycanlı deyil və AZAL onu işə alarkən Azərbaycan dili öhdəliyi qoymayıb.

Daha bir heyrətamiz münasibət isə təyyarədə sərnişinlərə yemək verilərkən yaşanıb. Stüard və stüardessalar yemək təkliflərini ingiliscə səsləndiriblər, ən yaxşı halda isə ruscadan istifadə ediblər. Yalnız gəmi uçuşa hazırlaşarkən təhlükəsizlik qaydası azərbaycanca izah edilib, o da lent yazısı olub.

Bu hal sərnişinlərin narazılığına səbəb olub.

Qeyd edək ki, Azərbaycan Hava Yolları dövlət şirkətidir, Azərbaycanın dövlət dili isə Azərbaycan dilidir. Dünyanın heç bir ölkəsində təmsil etdiyi dövlətin dilində sərnişinlərə müraciət etməyən hava yolu şirkəti yoxdur, yalnız AZAL-dan başqa. Bu, Azərbaycan dilinə, Azərbaycan xalqına təhqirdir.

AZAL-da çalışmaq üçün yüksək peşəkarlığı olan pilotlarımız da, xidmət etmək üçün bir neçə dil bilən gənclərimiz də var. Təəssüf ki, AZAL “köhnə ənənəsini” tərgidə bilmir, Cahangir Əsgərovun dövründən qalan azərbaycanlılara təhqir sayılan dil rüsvayçılığını davam etdirir, azərbaycanlı gənclər, peşəkarlar qala-qala hansı səbəbdənsə əcnəbiləri işə alır və onlara Azərbaycan dilini öyrənmək tələbi də qoymur.

Asena,
BakuPost

Şərhlər
  • Şəmsəddin Axundov

    Biz öz dilimizə hörmətlə yanaşmasaq, heç kim bizə hörmət etməyəcək. Xalq arasında AZAL-a münasibət çox mənfidir.

  • Ağalar Səmədov

    Bu yazının müəllifinə bildirirəm ki, AZAL uzunnillər kadr hazırlığına fikir vermədiyinə görə təyyarəçi,styuard və styuardessa problemlərini yaşayır. Hansı öıkədən olursa olsun pilot,styuardessa götürülür. Təbii ki,onlar azərbaycanca bilmirlər. Bizim əvvəlki pilotlarımız pensiyaya çıxıb Amerikaya gedib orda yaşayırlar. Həmin pilotlar yüksək kateqoriyalı pilotlar idi.

Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar