2026-cı ilin birinci kvartalında (yanvar-mart) Azərbaycana gələn turist sayı, 2025-ci ilin eyni dövrü ilə müqayisədə 5%-ə yaxın azalıb, cəmi 484 min turist səfər edib.
Bakupost.az xəbər verir ki, bunu ReAL Partiyasının sədri Natiq Cəfərli qeyd edib.
O, bu sahədəki mövcud durumu qonşu ölkələrlə müqayisə edib:
"Gürcüstana eyni dövrdə 998, yəni, təxminən, 1 milyon turist səfər edib – bu, keçən ilin eyni dövrü ilə müqayisədə 4% daha çoxdur.
Eyni dövrdə Ermənistana 454 min turist gəlib, bu, keçən ilin 1-ci kvartalı ilə müqayisədə 18,2% çoxdur və ümumiyyətlə, 1991-ci ildən üzü bəri Ermənistanda 1-ci rübdə heç vaxt bu qədər turist olmayıb. Bu, rekord göstəricidir.
Quru sərhədlərin mənasızcasına bağlı olması ölkəmizin iqtisadi durumuna, turizm sahəsinə ciddi mənfi təsir göstərir. Tiflisə dəmir yolunun açılması bu vəziyyəti düzəltmir – çünki, gündə cəmi 1 səfər edən qatar turizmə, iqtisadiyyata heç cür təsir edə bilməz".
İqtisadçı vurğulayıb ki, bu prosesin müsbət tendensiyaya çevirə bilmək üçün quru sərhədləri açmaq lazımdır:
"Bu, ölkə iqtisadiyyatına müsbət təsir etməklə yanaşı, Azərbaycanın investisiya imicinə də yaxşı impuls verə bilər".