Ru
19:07 / 06 İyun 2018

Azərbaycan mediasının “Unikal” saytı 8 yaşında

Azərbaycan mediasının “Unikal” saytı 8 yaşında
Eye


Bu gün "Unikal” qəzeti və "Unikal.org” internet portalının fəaliyyətə başlamasının növbəti ildönümüdür.

BakuPost-un xəbərinə görə, hər iki media qurumunun 8 yaşı tamam olur.

Bu media qurumları ilk xəbərini oxuculara 2010-cu il iyunun 6-da təqdim edib.

Artıq dörd ildən çoxdur ki, ”Unikal” qəzeti Azərbaycan Prezidenti Yanında Kütləvi İnformasiya Vasitələrinə Dəstək Fondundan maliyyələşir və layihə icra edir.

Gündəlik olaraq nəşr olunan qəzet və "Unikal.org” fəaliyyətə başladığı gündən oxucuların qarşısına ölkədə və dünyada baş verən dəqiq, operativ xəbərlər, siyasi və iqtisadi təhlillərlə çıxır. Buna görə də hazırda qəzetin və saytın oxucuları müxtəlif sosial qrupları təmsil edən auditoriyadan ibarətdir.

"Unikal.org"a istifadəçilər təkcə Azərbaycandan deyil, dünyanın bir çox ölkələrindən daxil olur.

Gün ərzində saytda müxtəlif sahələri əhatə edən 100-dən çox xəbər yayımlanır.

"Unikal” qəzeti və "Unikal.org” saytı Azərbaycanda fəaliyyət göstərən ictimai-siyasi təşkilatlar, sosial qruplar, dövlət qurumları ilə əməkdaşlıq edir.



Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar