Tehran nüvə proqramının dinc xarakter daşımasına zəmanət verməyə hazırdır, lakin onun “sıfırlanmasının” əleyhinədir.
Bakupost.az xəbər verir ki, bunu İran Prezidenti Məsud Pezeşkian fransalı həmkarı Emmanuel Makronla telefon danışığında bildirib.
O əlavə edib ki, İsrail təcavüzünü davam etdirərsə, İran daha dağıdıcı zərbələrlə cavab verəcək.
Qeyd edək ki, bu gün iki lider arasında telefon danışığı baş tutub.