Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələrinin Laçına səfəri ilə bağlı "X" hesabında paylaşıb edib.
"Diplomatik heyətlə Laçına səfərimiz "Azərbaycan Hava Yolları"nın Bakı-Laçın birbaşa reysi ilə başlayıb, Laçın-Şuşa avtobusu ilə davam edib. İndi də Ağdam-Bakı dəmiryol xətti ilə Bakıya qayıdırıq".
Qeyd edək ki, Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələri işğaldan azad edilmiş Ağdam şəhərində aparılan tikinti-quruculuq işləri ilə tanış olublar. Səfər iştirakçılarını Prezidentin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev müşayiət edib.